Bakı Metropoliteni daha 15 yeni vaqonu xəttə buraxdı

"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) xidmət keyfiyyəti və sərnişin məmnuniyyətini artırmaq məqsədilə müasir qatar parkını genişləndirməkdə davam edir".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Depolar üzrə iş departamentinin baş mühəndisi Aydın Bəkirov deyib.
O bildirib ki, yeni texnologiyalar əsasında hazırlanmış sonuncu - dördüncü nəslə mənsub daha 3 qatar (15 vaqon) metropoliten xətlərində istismara buraxılıb:
"Bakı Metropoliteninin texniki tələbləri nəzərə alınmaqla hazırlanmış yeni vaqonların müasir mikroiqlim sistemi ilə (kondisioner) təchiz edilməsi, vaqonlararası birbaşa keçidlə sərnişin tutumunun 15 faiz artırılması, qapıların daha enli olması, açılıb-bağlanan zaman işıqlı xəbərdarlıq indikatorları ilə təmin olunması sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən əsas üstünlüklərdir.
Vaqonlarda ayaq üstündə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər və uşaq arabaları üçün sahələr mövcuddur. Metrodan istifadənin hər kəsə əlçatan olması nəzərə alınaraq baş vaqonlar əlil arabalarının yerləşdirilməsi üçün xüsusi yerlərlə təmin edilib.
Yeni qatarların baş vaqonları 38, orta vaqonlarının hər biri 44 oturacaqlıdır. Baş vaqonda ümumilikdə sərnişin tutumu 315, orta vaqonlarda isə 329 nəfərdir.
Vaqonlarda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri, həmçinin sərnişinlərin elektron qurğuları doldurması üçün USB yuvacıqlar mövcuddur.
Vaqonlarda daxili və xarici videomüşahidə sistemləri var ki, bu, maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə və ətrafındakı vəziyyəti qiymətləndirməyə imkan verir.
İşıqdiodlu cihazların tətbiqi elektrik enerjisi sərfiyyatını 50 faiz azaltmaqla istismar müddətini 75 faiz artırır.
Yeni qatarlar xəttə bu il istismar müddəti başa çatan əvvəlki nəsil vaqonların əvəzinə verilib.
Qeyd edək ki, hazırda sazlama və komplektləşdirmə işləri aparılan daha 15 vaqon 2025-ci ilin sonunadək xətlərə buraxılacaq. Bununla da Bakı metropolitenində yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq.
Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək, ümumilikdə 299 yeni nəsil vaqon alınması nəzərdə tutulur".
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










