"Bakı Metropoliteni" qrunt sularını Yaşıllaşdırma Təsərrüfat Birliyinə satırmış

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro tunellərindən çıxarılan qrunt sularının səmərəli istifadəsi ilə bağlı layihəyə start verib. Layihəyə əsasən, tunellərdən xaric olunan qrunt suları xüsusi laboratoriyadan keçirilməklə şəhərdə yaşıllıqların suvarılması məqsədilə istifadə edilir.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, həmin qrunt suları Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumlarına müqavilə əsasında verilir. İddia edilir ki, müqaviləyə görə, Bakı Şəhər İcra Hakimiyyəti həmin suları ödəniş əsasında alır və yaşıllıqların suvarılmasında istifadə edir.
Məsələ ilə "Bakı Metropoliteni" QSC-dən verilən məlumatda bildirilir ki, həqiqətən də qrunt suları şəhərin yaşıllıq ərazilərinin suvarılmasında istifadə edilir: "Bildiririk ki, "Bakı Metropoliteni" QSC balansında olan müəyyən tunellərdə yaranan qrunt sularını 2018-ci ildən etibarən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinə ağacların suvarılması və küçələrin yuyulması məqsədi ilə ödənişsiz əsaslarla təmin etməkdədir".
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi də faktı təsdiqləyib: "Prezident İlham Əliyev 2020-ci ildə videokonfrans müşavirəsində ölkədə su ehtiyatlarının yaradılmasını, sudan səmərəli istifadə olunmasını məsələsinin aktuallığını nəzərə alaraq, əlavə şirin su mənbələrinin aşkar edilməsi və səmərəli istifadəsi ilə bağlı xüsusi tapşırıq verib, bundan sonra təsdiqlənmiş tədbirlər planına uyğun olaraq sözügedən layihənin icrasına başlanılıb".
Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, artıq bir neçə ildir qrunt sularının daha gur olduğu və suyun debitinin müvafiq tələblərə cavab verdiyi "Nizami" metro stansiyasında qrunt sularının tərkibinin xüsusi ixtisaslaşmış laboratoriya şəraitində öyrənilib müsbət rəyin alınmasından sonra layihənin icrasına start verilib. Sozügedən yeraltı sulardan şəhər ərazisindəki yaşıllıqların suvarılmasında istifadə olunur".
Amma qurumdan həmin suyun ödənişli və ya ödənişsiz əsaslarla alındığı qeyd edilməyib.
Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
Azərbaycanla bu ölkə sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırılıb - RƏSMİ
Bir milyardlıq maliyyə pozuntusu iddiası: Saleh Məmmədovla bağlı ciddi ittihamlar
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB










