"Bakı Metropoliteni"nin yığılmış zərəri 3 milyard manatı keçdi

"Bakı Metropoliteni" QSC 2024-cü ili 139,616 milyon manat zərərlə başa vurub.
Avtosfer.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 81,6 % çoxdur.
Bununla da, metronun yığılmış zərəri 4,7 % artaraq 3 milyard 109,54 milyon manata çatıb.
Ötən il "Bakı Metropoliteni"nin sərnişindaşımadan gəlirləri 100,647 milyon manat (əvvəlki ilə nisbətən 20,6 % çox), hökumət subsidiyalarından gəlirlərii 50 milyon manat (30,2 % çox), digər əməliyyat gəlirləri 5,008 milyon manat (4,4 % az), əsas vəsaitlərinin dəyərsizləşməsi üzrə xərcləri 148,012 milyon manat (86,6 % çox), işçi heyəti ilə bağlı xərcləri 86,284 milyon manat (15,4 % çox), elektrik enerjisi xərcləri 13,934 milyon manat (3,7 % çox), köhnəlmə və amortizasiya xərcləri 12,218 milyon manat (0,3 % çox), mal-material xərcləri 11,37 milyon manat (50,8 % çox), komissiya xərcləri 5,032 milyon manat (20,6 % çox), təmizlik xərcləri 4,09 milyon manat (8,9 % çox), su xərcləri 3,392 milyon manat (11 % az), yavaş dövr edən mal-material üzrə ehtiyat xərcləri 3,085 milyon manat (əvvəlki il olmayıb), yanacaq xərcləri 902 min manat (29,4 % çox), sığorta xərcləri 362 min manat (38,4 % az), digər xərcləri 5,492 milyon manat (89,5 % çox), maliyyə xərcləri 722 min manat (8,7 % az), xarici valyuta mübadiləsindən xalis zərəri 376 min manat (6,3 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Bakı Metropoliteni"nin aktivləri 418,818 milyon manat olub ki, bu da illik müqayisədə 1 % çoxdur. Hesabat dövründə metronun öhdəlikləri 34 % artaraq 33,287 milyon manata çatıb, balans kapitalı isə 1,1 % azalaraq 385,531 milyon manata düşüb.
Xatırladaq ki, "Bakı Metropoliteni" indiki təşkilati-hüquqi formada Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli sərəncamına əsasən, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" SC-nin birləşdirilməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 580,638 milyon manatdır.
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM










