Bakı metrosu qatarlar arasında intervalı bir qədər də azaltmaq istəyir

"Mövcud infrastrukturdan maksimum istifadə etmək üçün hərəkət sıxlığı nəzərdə keçirilir. Qatarların artırılması və intervalın azaldılması istiqamətində işlər görülür. Bununla əlaqədar hesab edirəm ki, yaxşı nəticələr əldə etmiş olacağıq. Sentyabr ayında müəyyən testlərimiz var. O testlər uğurlu keçəcəyi təqdirdə sentyabrın ilk iş günlərindən qatarların artırılması və intervalın azaldılması istiqamətində addım atacağıq.
Avtosfer.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.
O qeyd edib ki, son 16 ildə ilk dəfə interval azaldıldı:
"Qatar cütlərinin sayı 30-dan 32-yə çatdırıldı. Hərəkət intervalı 1 dəqiqə 52 saniyəyə endirildi".
E.Əhmədov bildirib ki, intervalın azaldılması yalnız sərnişinlərin ən sıx olduğu saatlarda tətbiq olunacaq:
"Monitorinqlər yekunlaşmaq üzrədir və nəticələr yeni mövsüm ərəfəsində elan ediləcək. Amma artıq deyə bilərik ki, əlavə 4 qatarın xəttə buraxılması nəticəsində 19 min əlavə sərnişin daşınması mümkün olacaq. Bu isə illik hesabla təxminən 5 milyon sərnişin artımına bərabərdir".
O vurğulayıb ki, bu nəticəyə nail olmaq üçün bir sıra texniki yeniliklər tətbiq olunur:
"Dispetçer idarəetməsində qrafiklərin hazırlanması ənənəvi mexaniki üsullardan rəqəmsal texnologiyalara keçirilib. Bütün yollarda qatarların hərəkətini tənzimləyən sistemlərin işi yenidən nəzərdən keçirilir, texniki və insan faktoru ilə bağlı dinamik həllər tətbiq edilir. Metro üçün hər saniyə xüsusi əhəmiyyət daşıyır. Qarşıdakı müddətdə yeni qrafik, interval fərqləri və digər texniki məsələlər ictimaiyyətə təqdim olunacaq".
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO










