Bakı metrosu üçün yeni qatarlar istehsal olunur - RƏSMİ

Bakı Metropoliteninin parkında olan qatarların sayı uzun müddətdir ictimaiyyət arasında müzakirə mövzusudur.
Sərnişin sıxlığı, xətlərin genişləndirilməsi planları və yeni stansiyaların açılması ilə bağlı tələbat fonunda mövcud qatarların sayı tez-tez gündəmə gətirilir.
Maraqlıdır ki, son illərdə alınan yeni qatarların sayı nə qədərdir və daha neçə qatar gətirilməsi planlaşdırılır?
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, Bakı Metropoliteni qatar parkının müasirləşdirilməsi istiqamətində işlərini davam etdirir:
"Hazırda vaqon parkında 30 yeni nəsil qatar tərkibi istismar olunur. 2025-ci ildə alınması nəzərdə tutulmuş 4 qatar tərkibi artıq "Xocəsən" elektrik deposunda komplektləşdirmə və sazlama işlərinə cəlb edilib. Lakin istehsalçı ilə əldə olunmuş razılığa əsasən, Bakı metropoliteni üçün hər biri 5 vaqondan ibarət 2 qatar tərkibi də istehsal olunur. Həmin qatar tərkibləri də ilin sonuna qədər Bakıya gətirilərək, müvafiq komplektləşdirmə işlərinə cəlb ediləcək. Bununla da Bakı metropoliteninin xətlərində yeni qatarların sayı 36-ya çatdırılacaq".(baku.ws)
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












