Bakı metrosu yeni tədris mövsümünə hazırlaşır

"Bakı Metropoliteni" QSC-də yeni tədris mövsümünün başlanması ilə əlaqədar hazırlıq işləri planlı şəkildə davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədrinin müşaviri Emil Əhmədov bildirib.
"Bu ilin may ayında ictimaiyyətə verdiyimiz məlumata əsasən, 2009-cu ildən sonra ilk dəfə qatarların hərəkət intervalı azaldılıb. Bu addımlar sıxlığın qismən tənzimlənməsinə və sərnişin məmnunluğunun daha da artmasına səbəb olub. Hazırda qatarların payız-qış mövsümünə uyğun hərəkət qrafikinin hazırlanması işləri yekun mərhələsindədir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, yeni tədris mövsümündə müxtəlif qurum, müəssisə və təşkilatların iş rejimi, paytaxtın mobillik planları və digər ictimai nəqliyyat vasitələrinin fəaliyyətindəki mümkün dəyişikliklər də nəzərə alınır:
"Payız mövsümünə hazırlıq çərçivəsində metropoliten infrastrukturunda texniki və insan resursları baxımından tədbirlər davam etdirilir. Qatarlarla yanaşı, eskalatorların, ventilyatorların iş rejimləri, sərnişinə xidmət avadanlıqları və sistemləri diqqətdə saxlanılır və bu istiqamətdə planlı işlər aparılır. Sərnişinlərlə birbaşa ünsiyyətdə olan işçi heyət də xüsusi təlimatlandırılır. Dövrün xüsusiyyətləri nəzərə alınmaqla, infrastruktur və istifadə qaydaları, yönləndirilmə və səmti rahatlıqla müəyyənləşdirmə ilə bağlı personalın hazırlığı vaxtında yekunlaşdırılacaq".
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












