Bakı metrosunda 9 yeni stansiya tikiləcək

Metro böyük şəhərlərin infrastrukturasının əsas daşıdır. Sürətli nəqliyyat növü olan metro sərnişinlərin vaxt itirmədən şəhər daxilində rahat hərəkət etməsini təmin edir.
Avtosfer.az xəbər verir ki, Avropa İnvestisiya Bankı Bakı Metropoliteninin müasirləşməsində dəstək göstərəcək. Bununla bağlı Avropa İnvestisiya Bankı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında memorandum imzalanıb.
Bəs bu anlaşma çərçivəsində nə nəzərdə tutulub?
Bakı Metropoliteni QSC-nin sədr müavini Şahin Mirzəyev bildirib ki, Bakı metrosu bu gün 630 min sərnişin daşıyır. Yeni 9 stansiyanın inşa olunması nəzərdə tutulub ki, bu da yerüstü nəqliyyatda sıxlığın azalmasına kömək edəcək. Bakıya növbəti ildə 4 qatar və 20 vaqon gətirilməsi nəzərdə tutulub.
Nəqliyyat eksperti Rauf Ağamirzeyev bildirib ki, günü-gündən şəhərimiz müasirləşsə də, metro haqqında bunu demək olmur. Əgər metroda müəyyən xətlərin tikintisi ciddi dəyişikliklərə səbəb olacaqsa, bu, sərnişin axınına təsir edəcək. Nəzərdə tutulan bütün bu dəyişikliklər sərnişin sıxlığını aradan qaldırmaq məqsədi daşıyır.
Qeyd edək ki, bu layihə şəhər sakinlərinə daha rahat və sürətli mənzil başına çatmaq məqsədi daşıyır. /milliaz
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












