Bakı metrosunda problem: İnterval 14 dəqiqəyə qalxıb?

Bakı Metropoliteninin "Memar Əcəmi" stansiyasında qatar 14 dəqiqə intervalla gəlib.
Avtosfer.az xəbər verir ki, gecikmə "Dərnəgül" stansiyasına gedən qatarın hərəkəti zamanı qeydə alınıb.
Stansiyada əks istiqamətdə - "Həzi Aslanov" stansiyasına hərəkət edən qatarların hərəkətində isə heç bir problem olmayıb.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında metronun "28 May" stansiyasında qatarın vaqonlarından birinin qapısının açılıb-bağlanması zamanı müdaxilə olduğu üçün maşinistin qapıya baxış keçirdiyini bildirib:
"Hər hansı problem olmadığı üçün qatar yoluna davam edib. Bənzər hal daha sonra metronun "Nizami" stansiyasında da baş verdiyindən, problem olmamasına rəğmən, qatarın sərnişinsiz yoluna davam etməsi və qatara əlavə baxış keçirilməsi qərarı verilib. Belə hallarda xəttə dərhal ehtiyat qatar buraxılır. Yalnız iki qatar arasında olmaqla "Nizami" - "Dərnəgül" sahəsində intervaldan əlavə 4 dəqiqə yubanma qeydə alınıb".
(axar.az)
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












