Bakı Metrosunda qatarların hərəkətində yenidən YUBANMA: Səbəb nədir? - FOTO

Bakı Metropolitenində qatarların hərəkət qrafikində yenidən gecikmə qeydə alınıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qatarlar arasındakı interval doqquz dəqiqəni keçib.
Bu səbəbdən stansiyalarda sıxlıq yaranıb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, intervalın bu həddə çatmasının səbəbi stansiyalarda yaranan sıxlıqla bağlıdır.
O qeyd edib ki, Bakı Metropolitenində texniki baxımdan hər hansı bir problem yoxdur:
"Qatarlar saz vəziyyətdə xətdə işləyir, stansiyaların infrastrukturu ilə bağlı da hər hansı bir problem yoxdur. Hazırda məktəblərdə I və II dərs növbələri arası olduğu üçün metroda sıx saatlardan biridir. Təxminən saat 12:00-dan başlayaraq saat 14:00-a qədər əsas sahədə, yəni "Nərimanov" - "Gənclik" - "28 May" - "Elmlər Akademiyası" stansiyaları arasında daha çox sərnişin olur. Çünki bu ərazilər tədris ocaqlarına yaxın olan yerlədir. Hətta hər gün bu vaxtda mütləq qaydada ehtiyat qatarı xəttə buraxılır ki, tənzimlənmə prosesində yaxından iştirak etsin".
"Nərimanov" - "Gənclik" - "28 May" stansiyalarında sərnişin sıxlığı səbəbindən yubanmalar var. Hazırda "28 May" - "İçərişəhər" stansiyaları arasında interval, əslində, yol verilən xətaları da nəzərə almaqla, 5-6 dəqiqə olmalıdır. Amma stansiyalarda qatarların yubanması səbəbindən intervalın bu həddə gəlib çatması mümkün olur. Düzdür, mümkün olmamalıdır, amma hər gün bu saatlarda mümkün olur", - deyə B.Məmmədov qeyd edib.
O vurğulayıb ki, hazırda metropolitendə "Əhmədli" stansiyasından dönüb qayıtma da nəzərə alınmaqla mümkün texniki yeniliklər üzərində gündəlik monitorinqlər aparılır.
"Həm səhər, axşam, həm də günorta saatlarında əlavə işçi qüvvəsinin cəlb olunması ilə bağlı məsələyə də xüsusi qaydada baxılır.
Qeyd etmək istərdim ki, artıq neçə gündür ki, monitorinqlərimiz xüsusi olaraq bir qədər fərqli istiqamətdə aparılmaqdadır. Bu hallarda qatarların hərəkət manevrləri əsasdır. Yəni bu tərəfdən "Memar Əcəmi", digər tərəfdən "Neftçilər" stansiyasından geri qaytarılma, günorta saatlarında isə elektrik deposundan ehtiyat qatarın xəttə buraxılmasının dəqiqələr üzrə dəqiq hesablanması prosesinə də baxılır", - deyə metropoliten rəsmisi bildirib.
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM








