Bakı metrosunun daşıma qabiliyyəti 88 milyon sərnişin ARTIRILACAQ

Bakı metrosunun sərnişin daşıma potensialı əlavə olaraq 88 milyon nəfər artırılacaq.
Avtosfer.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, yaxın 5 il ərzində paytaxtın ictimai nəqliyyat sahəsində, həmçinin şəhərin dayanıqlılığı və mobillik baxımından ciddi dəyişikliklər baş verəcək: "Təsdiq olunmuş dövlət proqramına müvafiq olaraq bu prosesdə Bakı Metropoliteni də əhəmiyyətli rol oynayacaq. İlk olaraq bildirmək istəyirəm ki, qarşıdakı dövrdə Bakı Metropolitenini intensiv inkişaf mərhələsi gözləyir. 10 yeni stansiyanın tikilməsi ilə bağlı metropolitendə müxtəlif istiqamətlər üzrə işlərə artıq start verilib.
Ayrıca vurğulamaq istərdim ki, bu 10 yeni stansiya paytaxtın ictimai nəqliyyat infrastrukturunu və bütövlükdə sosial mühitini köklü surətdə dəyişdirəcək".
B. Məmmədov bildirib ki, bu layihə sərnişin axınlarının daha effektiv paylanmasına, şəhərdəki nəqliyyat sıxlığının azaldılmasına və digər problemlərin müsbət yöndə aradan qaldırılmasına töhfə verəcək: "10 yeni stansiyanın fəaliyyətə başlaması Bakı Metropoliteninin daşıma imkanlarını da genişləndirəcək. Müqayisə üçün qeyd edim ki, 2025-ci ildə Bakı Metropolitenindən 230 milyon sərnişin yararlanıb. Dövlət proqramı tam həyata keçirildikdən sonra isə metropoliten əlavə 88 milyon sərnişin daşımaq gücünə sahib olacaq".
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












