“Bakı Metrpoliteni”nə sərmayə qoyuluşunu müşahidə edirik”

Bu gün paytaxtda sərnişinlərin böyük əksəriyyəti metrodan istifadə edir. Metro Bakıda avtomobillərin yaratdığı tıxac və sıxlığın fonunda əhalinin rahat və sürətlə daşınmasında mühüm rol oynayır.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, məhz buna görə də “Bakı Metropoliteni” hazırda yüksək templə inkişaf edir. Yeni qatarların alınması, rəqəmsal idarəetmə, intervalın azaldılması, daha dəqiq və optimallaşdırılmış sistemə keçid, xidmət keyfiyyətinin artırılması əsas prioritetlərdəndir.
Deputat Vüqar Bayramov saytımıza açıqlamasında bildirib ki, “Bakı Metropoliteni”nin infrastrukturunun inkişaf etdirilməsi və eyni zamanda stansiya saylarının artırılması, xüsusən də paytaxtda nəqliyyatın inkişafı dövlət proqramının əsas istiqamətlərindəndir: “Burada təbii ki, məqsəd bir tərəfdən paytaxtda tıxac və sıxlığın aradan qaldırılmasında metro xidmətinin rolunun artırılması, digər tərəfdən isə metroda xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlıdır. Xüsusən də son illər biz intensiv olaraq “Bakı Metrpoliteni”nin infrastrukturunun genişləndirilməsi ilə bağlı sərmayə qoyuluşunun həyata keçirilməsini müşahidə edirik. Bu, eyni zamanda metroda xidmətə təsirsiz ötüşmür. Bu, həm də paytaxtda daha çox ərazilərə çıxış imkanlarını artırmaqdan ibarətdir”.
Millət vəkilinin sözlərinə görə, xüsusilə Avropa ölkələrinin təcrübəsi göstərir ki, metro iri şəhərlərdə tıxacın aradan qaldırılmasında mühüm rola malik olur: “Bu kontekstdən sözsüz ki, metropolitenin inkişafı ilə bağlı fəaliyyət yüksək qiymətləndirilməlidir. Təbii ki, bu, davamlı bir prosesdir. Çünki daha çox ərazilərə stansiyaların açılması proritetdir. Ona görə də dövlət proqramının tələblərinə uyğun olaraq fəaliyyət genişlənir”.
Qeyd edək ki, “Bakı Metropoliteni subsidiya ilə işləyir. “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, bu il dövlət büdcəsindən metroda sərnişindaşıma xidməti üzrə gedişhaqqı tariflərinin artımı da nəzərə alınmaqla, “Bakı Metropoliteni” QSC-nin sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün 27,7 milyon manat subsidiya ayrılıb.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












