Bakı, Naxçıvan və Gəncə hava limanları bu qədər sərnişinə xidmət edib - FOTO

Bu ilin yanvar–avqust aylarında Bakı, Naxçıvan və Gəncə hava limanları birlikdə 5,7 milyondan çox sərnişinə xidmət göstərib, 46 mindən çox uçuş həyata keçirib.
Avtosfer.az Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir ki, üç hava limanı üzrə ümumi sərnişin dövriyyəsi 2025-ci ilin eyni dövründəki səviyyəni qoruyub, uçuşların sayı isə 1,5% artıb.
Sərnişin axınının əsas hissəsi Bakı hava limanının payına düşüb. Belə ki, 8 ayda Bakı aeroportu 4,9 milyondan çox sərnişinə xidmət göstərib və 39 525 uçuş həyata keçirib.
Bakı aeroportunda ən diqqətçəkən dinamika transfer sərnişinləri üzrə qeydə alınıb. Yanvar–avqust aylarında transfer sərnişinlərinin sayı 373 733 nəfərə çataraq 2025-ci ilin eyni dövrü ilə müqayisədə 34 % artıb.
İlin ilk səkkiz ayı üzrə ən yüksək sutkalıq sərnişin göstəricisi 15 avqustda qeydə alınıb. Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda 31 360 sərnişinə xidmət göstərilib və 233 uçuş həyata keçirilib.
Regional hava limanlarında da artım dinamikası davam edib. Naxçıvan Beynəlxalq Hava Limanı yanvar–avqustda 574 min sərnişinə xidmət göstərib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,7 % artıb. Hava limanında eyni dövrdə 5 692 uçuş həyata keçirilib və uçuşların sayı illik müqayisədə 11,7 % yüksəlib.
Gəncə Beynəlxalq Hava Limanında isə 8 ayda 147 min sərnişinə xidmət göstərilib və 1 107 uçuş həyata keçirilib. 2025-ci ilin yanvar–avqust ayları ilə müqayisədə sərnişinlərin sayı 4,9 %, uçuşların sayı isə 2,1 % artıb.
Regionda davam edən geosiyasi qeyri-müəyyənlik və hava nəqliyyatına təsir edən dəyişikliklər fonunda ümumi sərnişin axınının 2025-ci ilin eyni dövründəki səviyyəni qoruması, transfer və regional daşımalar üzrə isə artımın davam etməsi sərnişin tələbatının dayanıqlığını göstərir.

Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












