Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO

İşıq dirəkləri var, amma işıq yoxdur... Piyada yolu keçmək məcburiyyətindədir, ancaq təhlükəsiz keçid yoxdur...
Avtosfer.az xəbər verir ki, söhbət Bakı-Quba yolunun Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən gedir.
Ərazidə yaşayan sakinlər deyirlər ki, sutkanın qaranlıq vaxtlarında burada yolu qarşı tərəfə keçmək olduqca təhlükəlidir. Maşınlar yüksək sürətlə hərəkət edir, işıqlandırma yoxdur.
İddialara görə, son bir il ərzində bu ərazidə 7-dən çox piyadanın vurulması ilə nəticələnən qəza hadisəsi baş verib. Yaxınlıqda məktəb də yerləşir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbərə bildirildi ki, həmin istiqamətdə gecə işıqlandırılması ilə bağlı texniki problem yaranıb. Problemin aradan qaldırılması üçün müvafiq addımlar atılacaq.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












