"Bakı taksilərin orta yaşına görə Avropada lider şəhərlər sırasındadır" - Rəhman Hümmətov

Bakı taksilərin orta yaşına görə Avropa regionunda lider şəhərlər sırasındadır.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.
Onun sözlərinə görə, paytaxtdakı taksilərin orta yaşı 5 il təşkil edir: "Bakı şəhərində həddən artıq çox sayda köhnə nəqliyyat vasitələri var idi. İslahata başladığımızdan öncə bunların 60 %-dən çoxu istismar müddəti 15 ildən yuxarı olan nəqliyyat vasitələri idi. İndi isə vəziyyət kökündən dəyişir. Təbii ki, bu, ətraf mühitə vurulan zərəri minimuma endirir. Çünki hazırda taksi parkının təxminən 70 %-ni artıq hibrid və ya elektrik nəqliyyat vasitələri təşkil edir".
R.Hümmətov qeyd edib ki, yerüstü nəqliyyatla yanaşı, relsli nəqliyyatda da bu islahatlar davam etdirilir: "Nəticədə sərnişin daşıma qabiliyyəti ciddi şəkildə artacaq. Bu, təbii olaraq avtomobillərə tələbatı azaltmaqla ətraf mühitə vurulan zərərin azalmasını paralel şəkildə gətirmiş olur. Bu gün ortalama metro və avtobus sistemi, yəni ictimai nəqliyyat şəhərdə təqribən gündəlik 2,6 milyon sərnişin daşıya bilir. Növbəti illərdə bu rəqəmin daha da artması gözlənilir. Eyni zamanda, konveyer xətlərinin də bərpa edilməsi və mərhələli şəkildə istifadə edilməsi məqsədlərdən biridir. Bu istiqamətdə müvafiq işlər davam edir".
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












