Bakı-Tbilisi-Bakı istiqaməti üzrə biletlərə əlavə endirimlər olacaq?

"Tbilisi-Bakı istiqamətində sərnişin tələbatı Bakı-Tbilisi reysindən daha yüksəkdir. Bu, Azərbaycanın quru sərhədlərinin bağlı olması ilə əlaqədardır"
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarının (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, xarici vətəndaşlar ölkəyə əsasən hava və dəmir yolu ilə daxil ola bildikləri üçün Tbilisi-Bakı istiqamətində tələbat daha yüksəkdir.
A.Fərəcov bildirib ki, bugünkü məlumata əsasən, Tbilisidən Bakıya 6 mindən çox, Bakıdan isə Tbilisiyə 5 mindən artıq sərnişin daşınıb.
O əlavə edib ki, Gəncə stansiyasında da sərnişinlərin minmə və enmə göstəriciləri yüksəkdir.
Departament rəisi həmçinin qeyd edib ki, mövsümlə əlaqədar Bakı-Tbilisi-Bakı istiqaməti üzrə biletlərə əlavə endirimlərin tətbiqi hazırda müzakirə olunmur.
Bundan başqa, A.Fərəcov vurğulayıb ki, mövcud qatarlara köhnə tipli vaqonların qoşulması hər hansı təhlükəsizlik riski yaratmır:
"Bu, texniki istismar qaydalarına tam uyğundur və qoşulan vaqonlar qatarın sürəti və digər texniki göstəricilərinə uyğun şəkildə istismar olunacaq".
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












