Bakıda dəmiryol xəttində təhlükə: Qatarın qarşısına kənar əşyalar atılır - VİDEO

Bakıda dəmiryolu xəttinə qatarların hərəkətinə mane olan əşyalar atılır.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl Bakının Binəqədi rayonu, Biləcəri stansiyasının yaxınlığında relsin üzərinə iki ədəd avtomobil təkəri qoyulub ki, bu da xətt üzrə hərəkət edən qatarların təhlükəsiz hərəkətinə mane olub.
Faktı "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətindən (QSC) təsdiqləyiblər. Bildirilib ki, 2026-cı ilin 8 ayı ərzində yola 42 dəfə kənar əşya qoyulub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 50% çoxdur:
"Dəmir yollarının üzərinə kənar əşyaların qoyulması qadağandır. Bu halda hərəkətin təhlükəsizliyinə ciddi maneə yaranır, qatarların hərəkət qrafiki pozulur, sərnişinlərin və yüklərin daşınmasında, mənzil başına vaxtında çatdırılmasında yubanmalar yaşanır, sərnişinlərin və qatar heyətinin həyatı risk altına düşür".
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












