Bakıda işıqfor xarab oldu, “bala işıqfor” qoyuldu

Binəqədi rayonu Süleymani Sani Axundov küçəsində (Elit Ticarət Mərkəzinin yaxınlığı) həm səyyar, həm də yeni nəsil LED işıqforun eyni anda mövcudluğu sürücülər və piyadalar arasında çaşqınlıq yaradıb.
Avtosfer.az xəbər verir ki, məsələni Axar.az-a aydınlaşdıran Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sektor müdiri Ömər Xıdırov bildirib ki, qeyd olunan kəsişmədə LED işıqlandırma ilə təchiz olunan yeni işıqfor dirəyi quraşdırılıb və hazırda qurğuda texniki tamamlama işləri aparılır.
“İşlər başa çatana qədər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi səyyar işıqforfor vasitəsilə təmin edilir”, – Xıdırov əlavə edib.
Qeyd edək ki, yeni nəsil LED işıqfor sistemləri yüksək görünmə qabiliyyəti və enerjiyə qənaət xüsusiyyətləri ilə seçilir.

Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












