Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI

Son illər Azərbaycanda, xüsusilə Bakıda kirayə mənzil qiymətlərinin yüksək olması vətəndaşların qarşılaşdığı əsas sosial-iqtisadi problemlərdən birinə çevrilib. Mənzilə olan tələbatın artması, qiymətlərin əhalinin gəlirləri ilə uyğunlaşmaması kirayə bazarında əlçatanlıq məsələsini aktuallaşdırır.
Avtosfer.az xəbər verir ki, kirayə mənzil bazarında qiymətlərin artması vətəndaşların mənzil təminatına çıxışını çətinləşdirir.
Bəs bu bahalaşmanın əsas səbəbləri nələrdir və kirayə mənzillərin əhali üçün daha əlçatan olması istiqamətində hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, kirayə mənzil qiymətlərinin yüksək olmasının əsas səbəbi Bakıda mənzilə olan tələbatın çox olmasıdır:

"İnsanlar iş tapmaq, təhsil almaq və müxtəlif imkanlardan yararlanmaq üçün regionlardan paytaxta üz tuturlar. Bundan əlavə, universitetlərin, dövlət qurumlarının və əsas iş yerlərinin Bakıda yerləşməsi də mənzilə olan tələbatı artırır. İnvestisiya məqsədilə mənzil alanların da əsasən paytaxta üstünlük verməsi bu prosesə təsir göstərir. Mənzil bazarında qiymətləri müəyyən edən başlıca amil tələbin yüksək olmasıdır. Tələb aşağı olarsa, qiymətlər də enə bilər. Kirayə qiymətlərinin əhalinin gəlirləri ilə müqayisədə yüksək olması vətəndaşların sosial vəziyyətinə ciddi mənfi təsir göstərir. Gəlirlərin böyük hissəsinin kirayəyə xərclənməsi insanların digər ehtiyaclarını qarşılamaq imkanlarını məhdudlaşdırır.
Gələcəkdə Bakıda kirayə mənzil qiymətlərinin daha da artacağını düşünürəm. Çünki paytaxtda yaşamaq, işləmək və təhsil almaq istəyənlərin sayı yüksək olaraq qalacaq. İqtisadi artımla yanaşı, insanların investisiya imkanlarının genişlənməsi də mənzil qiymətlərinə təsir edəcək. Bu baxımdan, kirayə qiymətlərinin aşağı salınmasının əsas yolu mənzil tikintisinin artırılmasıdır. Xüsusilə çoxmərtəbəli yaşayış binalarının inşasına ehtiyac var. Lakin Bakı mərkəzində boş torpaq sahələrinin azalması, tıxaclar və infrastrukturun yüklənməsi tikinti imkanlarını məhdudlaşdırır. Buna görə də paytaxtın ətraf ərazilərə doğru genişləndirilməsi və həmin ərazilərdə yaşayış infrastrukturunun inkişaf etdirilməsi vacibdir".
Fatimə
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
Şəhid general-mayor Məhəmməd Əsədov – O, erməni naziri necə çaşdırmışdı? - VİDEO
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq












