Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO

Bakıda 300-dən artıq şagirdin təhsil aldığı məktəbin sahibinə səkkiz aya yaxındır ki, icarə haqqının ödənilmədiyi iddia edilir.
Avtosfer.az Xəzərxəbər.az-a istinadla xəbər verir ki, söhbət Xəzər rayonunun Binə Atçılıq qəsəbəsində yerləşən və Ağdam rayon 102 nömrəli tam orta məktəbin fəaliyyət göstərdiyi binadan gedir.
Mülk sahibi Hidayət Sadıqovun sözlərinə görə, bina ona məxsusdur və məktəb 2018-ci ildən burada icarə əsasında fəaliyyət göstərir. O bildirir ki, əvvəlki illərdə icarə haqqı hər ay ödənilsə də, 2026-cı ilin yanvarından ödəniş dayandırılıb.
Mülk sahibi iddia edir ki, ödənişin davam etdirilməsi üçün Qarabağ Regional Təhsil İdarəsi ilə yeni müqavilə də imzalayıb. Lakin onun sözlərinə görə, bundan sonra da hesablaşma aparılmayıb.
Hidayət Sadıqov məktəbin binada fəaliyyətini davam etdirdiyini əsas gətirərək yığılıb qalan icarə haqqının ödənilməsini istəyir.
Məsələ ilə bağlı əvvəlcə məktəbin direktoru Afaq Mahmudova ilə əlaqə saxladıq. O bildirdi ki, məsələdən məlumatlıdır və faktla bağlı Qarabağ Regional Təhsil İdarəsinə məlumat verilib. Direktorun sözlərinə görə, vətəndaşa icarə haqqının ödənilməsinin gecikdirilməsinin əsas səbəbi mülkün çıxarışının olmamasıdır. Bildirildi ki, problem aradan qalxdıqdan sonra ödənişlər həyata keçiriləcək. 7 ildən çoxdur ki, çıxarışsız mülkə icarə haqqının necə ödənilməsi məsələsi isə sual olaraq qalır.
Qarabağ Regional Təhsil İdarəsinə də sorğu göndərdik. Ancaq suallarımız cavablandırılmadı.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











