Bakıda səfirlik sürücü axtarır: Saatı 11 manat

Böyük Britaniyanın Bakıdakı səfirliyi sürücü vəzifəsi üzrə vakansiya elan edib.
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, səfirlik Korporativ Xidmətlər komandasında işləmək üçün çevik iş qrafiki əsasında fəaliyyət göstərəcək yarımştat sürücü axtarır.
Vakansiya üzrə işçi səfirlik əməkdaşlarının və rəsmi qonaqların Bakı şəhərində, eləcə də bölgələrə səfərləri zamanı nəqliyyatla təmin edilməsinə cavabdeh olacaq. O, həmçinin rəsmi tədbirlərin və səfərlərin nəqliyyat təminatında iştirak edəcək, rəsmi yazışmaları, dəvət məktublarını və kuryer göndərişlərini çatdıracaq.
Namizəd səfirliyin avtomobillərinin texniki vəziyyətinə və təmizliyinə nəzarət etməli, yanacaq, yürüş və digər qeydiyyat sənədlərini düzgün aparmalı, rəsmi avtomobillərin qeydiyyatı və qeydiyyatdan çıxarılması prosesində dəstək göstərməlidir. Bundan əlavə, səfirliyin nəqliyyat siyasəti və prosedurlarına əməl etməsi, iş vaxtı cədvəllərini və digər sənədləri vaxtında təqdim etməsi tələb olunur.
Vakansiya üzrə əsas tələblər aşağıdakılardır:
Etibarlı sürücülük vəsiqəsi və qüsursuz sürücülük tarixi;
Minimum 6 il sürücülük təcrübəsi;
Yaxşı ünsiyyət və müştəri xidməti bacarıqları;
Zərurət yarandıqda səhər erkən saatlarda, axşam və həftəsonları işləmək imkanı;
Azərbaycan dilini sərbəst (minimum C1), ingilis dilini isə orta səviyyədə (minimum B1) bilmək.
Üstünlük veriləcək namizədlər isə beynəlxalq təşkilatlarda işləmə təcrübəsinə, diplomatik nümayəndəliklərdə, VIP və ya yüksək vəzifəli şəxslərin sürücüsü kimi fəaliyyət təcrübəsinə, həmçinin rus dilini sərbəst (minimum C1) bilməyə malik olmalıdırlar.
Vəzifə yarımştat və müddətli əmək müqaviləsi əsasında təklif olunur. İş çevik saatlarla təşkil ediləcək və əməkdaş yalnız ehtiyac yarandıqda işə cəlb olunacaq. Gündəlik olaraq səfirlikdə iştirak etmək tələb olunmur.
Əməkhaqqı saatlıq 6,81 ABŞ dolları (vergilər daxil olmaqla) təşkil edir və ödəniş Azərbaycan manatı ilə həyata keçiriləcək. İşə qəbulun 2026-cı ilin avqust ayında başlaması nəzərdə tutulur.
Vakansiya üzrə müraciətlərin son tarixi iyulun 24-dür.
Namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Səfirlik bildirir ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq və növbəti seçim mərhələsinə dəvət olunacaqlar. Həmçinin qeyd olunur ki, müraciət edən şəxslər artıq Azərbaycan ərazisində yaşamaq və işləmək hüququna malik olmalıdırlar. Böyük Britaniya səfirliyi iş və ya yaşayış icazəsinin alınması üçün sponsorluq etmir.
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO










