Bakıda sərxoş piyadanı təlimçi qadın yoldan kənarlaşdırdı - VİDEO

Bakıda sərxoş vəziyyətdə olan piyada, sürücülərə təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, fevralın 7-i paytaxtın Əhməd Rəcəbli küçəsində sərxoş vəziyyətdə yolun hərəkət hissəsinə oturan şəxs sürücülərin hərəkətini məhdudlaşdırıb. Bunu görən sürücü və yaxınlıqda olan piyadalar təəccüblə baxaraq həmin şəxsi hərəkət hissəsindən uzaqlaşdırmağa cəhd etməyiblər. Bu zaman ərazidən keçən tanınmış qadın sürücü təlimçisi Arzu Babazadə, avtomobili dayandıraraq həmin şəxsi hərəkət hissəsindən uzaqlaşdırıb. Görüntülər avtomobildəki videoqeydiyyat qurğusuna qeyd olunub.
Normadan artıq spirtli içki içən şəxs bəzən hansı hərəkət etdiyini anlamır. Hətta sərxoş şəxslərin küçədə yatmasının da dəfələrlə şahidi olmuşuq. Ona görə də belə hallar baş verən zaman insan həyatını təhlükədən qurtarmaq üçün vətəndaş mövqeyi göstərmək lazımdır. Həm sərxoş piyadanın, həm də sürüclərin təhlükəsizliyini düşünərək öz vətəndaşlıq borcunu yerinə yetirən təlimçi Arzu xanım Babazadəyə Avtosfer.az saytı adından təşəkkür edirik!
Təbriz
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












