Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq

Bakıda təcili tibbi yardım xidmətinin operativliyinin artırılması məqsədilə yeni layihəyə start verilib. Layihə çərçivəsində təcili tibbi yardım xidmətində motosikletlərdən istifadə olunacaq.
Avtosfer.az teleqraf-a istinadla xəbər verir ki, dünyanın bir sıra ölkələrində tətbiq edilən bu model paytaxtda da təcili tibbi yardım briqadalarının hadisə yerinə daha qısa müddətdə çatmasına imkan yaradacaq.
Yeni sistemə əsasən, motosikletlə hərəkət edən tibb işçisi hadisə yerinə ənənəvi ambulansdan daha tez çataraq xəstəyə ilkin tibbi yardımı göstərəcək və zəruri hallarda vəziyyəti stabilləşdirən müdaxilələri həyata keçirəcək. Bu isə xüsusilə həyati təhlükə yaradan hallarda vaxt itkisinin minimuma endirilməsinə xidmət edəcək.
Son illər Bakıda nəqliyyat sıxlığının artması fonunda motosikletlə təcili tibbi yardım xidmətinin daha səmərəli fəaliyyət göstərəcəyi gözlənilir. Çünki motosikletlər sıx şəhər trafikində maneələri daha çevik keçərək hadisə yerinə qısa zamanda çata bilir.
Məlumata görə, xidmətə cəlb ediləcək motosikletlər avtomatik xarici defibrilyator, oksigen balonu, travma çantası, reanimasiya avadanlıqları və təcili tibbi yardım üçün zəruri dərman preparatları ilə təchiz ediləcək.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












