Bakıda yeni virus yayılıb — Əlamətləri...

Son günlər gündüz saatlarında temperaturun kəskin yüksəlməsi və isti hava dalğalarının təsiri ilə insanların kütləvi xəstələnməsi müşahidə olunur. İsti havanın əsas riskləri arasında susuzlaşma, istilik zədələnməsi və ürək-damar problemləri ön plana çıxır.
Tibb eksperti Şahvələd Məmmədov bildirib ki, mövsümə uyğun olmayan hava şəraiti adaptasiya olunmamış orqanizm üçün ciddi risk yarada bilər. Xüsusilə risk qrupuna daxil olan şəxslər, 65 yaşdan yuxarı və ya kroniki xəstəliyi olan insanlar təhlükə altındadır:
"Hər hansı xroniki xəstəliyin kəskinləşməsi, eləcə də 5 yaşa qədər uşaqların sağlamlığının pozulması ehtimalı mövcuddur. Temperaturun kəskin yüksəlməsi xüsusilə fevral ayında əlavə risk yaradır".
Ekspert qeyd edib ki, həssas qrupların qorunması üçün əsas tədbirlər bol maye qəbulu, çay və su kimi qoruyucu vasitələrdən istifadə, virus infeksiyalarından qorunma və ümumi gigiyena qaydalarına riayət etməkdir.
"Hazırda fevral ayında qrip və digər respirator xəstəliklərin yayılması müşahidə olunur. Dövlət profilaktik məqsədlə qrip əleyhinə vaksinləri təmin edib və 5 yaşa qədər uşaqlar, həmçinin 65 yaşdan yuxarı şəxslər bu vaksinlərdən istifadə edə bilərlər", - deyə o qeyd edib.
Qeyd edək ki, isti hava şəraitində risk qruplarının sağlamlığına xüsusi diqqət yetirilməli, qoruyucu tədbirlər gündəlik rejimin bir hissəsi olmalıdır./Demokrat.az
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












