Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan AÇIQLAMA

Sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumat yayıb.
Bildirilib ki, ilkin araşdırma zamanı yeniyetmənin həyatına son qoymaq məqsədilə hündürmərtəbəli binadan özünü atdığı müəyyən edilib.
Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində yeniyetmənin "Roblox" oyun platformasında qarşılaşdığı, onun psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli məzmun və çağırışların təsiri nəticəsində bu addımı atdığı müəyyən olunub.
Hadisənin bütün səbəb və halları, o cümlədən yeniyetmənin istifadə etdiyi elektron qurğular vasitəsilə daxil olduğu internet resursları, qarşılaşdığı məzmunun xarakteri və həmin məzmunun onun psixoloji vəziyyətinə və davranışına mümkün təsirinin yoxlanılır.
Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Baş Prokurorluq bu hadisəni uşaqların internet məkanı və sosial şəbəkələrdə qarşılaşa biləcəyi təhlükələrə, xüsusilə onların psixoloji vəziyyətinə və davranışlarına mənfi təsir göstərə bilən məzmun və çağırışlara qarşı diqqətin artırılmasının vacibliyini göstərən ciddi hal kimi qiymətləndirir.
Valideynlər tərəfindən uşaqların internet və sosial platformalardan istifadəsinə xüsusi həssaslıqla yanaşılması, onların istifadə etdikləri elektron qurğulara, platformalara və daxil olduqları məzmuna nəzarəti gücləndirilməsi, elektron qurğuların təhlükəsizlik imkanlarından istifadə etməklə uşaqların onlayn fəaliyyətinin izlənilməsi vacibdir.
Eyni zamanda, uşaqların davranışında və gündəlik vərdişlərində baş verən dəyişikliklərə diqqət yetirilməsi, onları narahat edən və ya təsir altında saxlayan məzmun və çağırışların vaxtında müəyyənləşdirilməsi, belə hallarda uşaqlarla açıq və etibarlı ünsiyyət qurulması mühüm əhəmiyyət daşıyır.
Valideynlər nəzərə almalıdırlar ki, internet və sosial şəbəkələrdə hər bir məzmun zərərsiz və əyləncə xarakteri daşımır. Yaş həddinə uyğun olmayan, psixoloji təsir göstərən və təhlükəli davranışlara sövq edə bilən məzmunlar uşaqlar üçün ciddi həyati risk yarada bilər. Bu səbəbdən onların virtual mühitdə təhlükəsizliyinin təmin edilməsi valideyn nəzarəti, diqqətli müşahidə və davamlı ünsiyyətlə müşayiət olunmalıdır.
Baş Prokurorluq valideynləri və cəmiyyətin bütün üzvlərini uşaqların virtual mühitdə təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa, onları zərərli məzmun və təsirlərdən qorumaq üçün zəruri tədbirləri vaxtında görməyə çağırır.
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq












