Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB

Sosial şəbəkələrdə ötən gün Bakıda yerləşən restoranlardan birində baş tutan dəbdəbəli toyun Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Elgün Feyzullayevin qızı üçün keçirilməsi barədə məlumat yayılıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Elgün Feyzullayev bir ildən çoxdur vəzifədən azad olunub.
Qeyd olunub ki, vəzifədən azad olunduğu bildirilsə də, bu dəqiqələrə qədər onun adı qurumun saytında görünürdü. Xəbər yayılandan sonra isə onun adı və vəzifəsi saytdan çıxarılıb.
.jpeg)
***
Ötən gün Bakıda yerləşən restoranlardan birində baş tutan dəbdəbəli toyla bağlı bəzi təfərrüatlar məlum olub.
Avtosfer.az "Unikal"a istinadla xəbər verir ki, Nicat və Sitarə adlı cütlüyün toy məclisinə Azərbaycan və Türkiyədən məşhurlar da qatılıb.
Məlum olub ki, Nicat adlı bəylə ailə həyatı quran xanım Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Elgün Feyzullayevin qızıdır.
Sitarə xanım özü isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Dubay şəhərindəki SOCAR International DMCC-də (Dubai Multi Commodities) ticarət üzrə analitik vəzifəsində çalışır.
Qeyd edək ki, toya Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Türkiyədən Demet Akalın və digər məşhurlar qatılıb. Toyun yüz minlərlə manata başa gəldiyi deyilir.

Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ












