Bakıdan Maleyə 6 saata: AZAL Maldiv adalarına birbaşa uçuşları bərpa edir

Oktyabrın 27-dən Azərbaycan Hava Yolları (AZAL) Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə birbaşa reysləri bərpa edir. Bununla da turistlər üçün Hind okeanının sahillərinədək olan yol xeyli qısalır və əlverişli səyahəti təmin edir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Maldiv adaları dünyanın ən cəlbedici turizm istiqamətlərindən biri kimi çoxdan məşhurdur.
Mülayim tropik iqlimi olan adalarda hava ilboyu 28-30°C-dək yüksəlir, okean suyunun temperaturu isə 27°C-yə çatır. Qışın sərt şaxtası Avropa və Qafqazı ağ qara bürüyəndə belə Maldiv adaları daim günəşli və isti olur.
Bal ayı, romantik səyahət və ailəvi tətillər üçün Maldiv, ümumiyyətlə, ideal seçimdir.
Aktiv həyat tərzindən zövq alanlar da buradakı unikal imkanlardan yararlana bilirlər: mərcanlar arasında şnorklinq və dayvinq macəraları, ənənəvi dhoni qayıqları ilə dəniz gəzintiləri, balina köpəkbalığı və ya manta şüalarını yaxından görmək şansı və daha nələr...
Arxipelaq ən heyrətamiz təbiət möcüzələrinin cəmləndiyi yerdir:
• Ari Atollu - dünyanın dayvinq incisi;
• Baa Atollu - biolüminesent (parlayan) plankton və nadir dəniz canlılarını müşahidə edə biləcəyiniz UNESCO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil olan obyekt.
Əsl təbiət möcüzəsi olan bu adalar hər il dünyanın müxtəlif ölkələrindən yüzminlərlə turist cəlb edir. AZAL-ın təklif etdiyi birbaşa və rahat uçuş imkanı Azərbaycandan səyahətsevənləri də bu mənzərəli guşələrə dəfələrlə baş çəkməyə sövq edəcək.
Bu günlərdə Azərbaycan və Maldiv hökumətləri arasında imzalanan sazişə uyğun olaraq ümumvətəndaş pasportlarına malik olan şəxslərin vizadan qarşılıqlı azad edilməsi isə bizim vətəndaşlar üçün ekzotik canlıları, ağ qumlu çimərlikləri, kokos bağları ilə məşhur olan adalara səyahəti bir qədər də asanlaşdırıb.
Belə bir fikir var ki, Maldiv adalarında istirahət yalnız lüks seqmentdə mümkündür. Əslində səyahətçilər inkişaf etmiş infrastrukturu və sərfəli qiymətə qonaq evləri olan adaları da seçə bilərlər - hətta məhz belə yerlərdə ölkənin mədəniyyəti və adət-ənənələri ilə daha yaxından tanış olmaq imkanı yaranır.
Bakıdan Maleyə uçuşlar həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Bu cədvəl həm qısa romantik istirahət, həm də uzun qış tətilləri üçün əlverişlidir.
Uçuşlar AZAL-ın hava gəmiləri parkına bu günlərdə əlavə edilən yeni "Airbus A320 neo" tipli sərnişin təyyarələrində həyata keçiriləcək. Təyyarədə sərnişinlər düşünülmüş menyudan, diqqətli xidmətdən və yol macərasını tətilin bir hissəsinə çevirən komfortdan həzz alacaqlar.
Bakı-Male-Bakı marşrutu üzrə aviabiletləri AZAL-ın rəsmi internet saytında, mobil tətbiqində, həmçinin aviaşirkətin kassalarında və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ










