Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq
Xəbərlər
7 Oktyabr 2026 12:18

Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmir işlərinə oktyabrın 7-də saat 15:00-dan başlanılacaq.
Təmir işləri Binəqədi rayonunun Binəqədi qəsəbəsində Cəfər Cabbarlı küçəsində, həmçinin Sabunçu rayonunda Zabrat-Maştağa şosesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısına qədər olan hissəsində, hər iki istiqamət üzrə aparılacaq.
AAYDA sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etməyi və hərəkət zamanı diqqətli olmağı xahiş edib.
Oxunub : 1062
DİGƏR XƏBƏRLƏR
10 Noyabr 2026 20:59
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
10 Noyabr 2026 17:45
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
10 Noyabr 2026 17:20
Dekabrda neçə gün iş olmayacaq?
10 Noyabr 2026 15:59
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
10 Noyabr 2026 15:42
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
10 Noyabr 2026 13:59
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
10 Noyabr 2026 11:24
5 günlük tətil başlayır - TARİXLƏR
10 Noyabr 2026 10:18
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
9 Noyabr 2026 11:00
Yağışlara görə bu QƏRAR VERİLDİ
8 Noyabr 2026 18:11
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
8 Noyabr 2026 17:09
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
8 Noyabr 2026 15:26
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
ŞƏRH YAZ












