Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ

Paytaxtın bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq aşağıda qeyd olunan küçələrin müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq:
Həsən Abdullayev küçəsi - Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək;
Rostropoviçlər küçəsi - Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək;
Nizami küçəsi - Rostropoviçlər küçəsindən Səid Rüstəmov küçəsinədək;
Səid Rüstəmov küçəsi - Nizami küçəsindən Bünyad Sərdarov küçəsinədək;
Əhməd Cavad küçəsi - Yusif bəy İbrahimli küçəsindən Səid Rüstəmov küçəsinədək;
Lermontov küçəsi - Bünyad Sərdarov küçəsindən Əhməd Cavad küçəsinədək;
Həsən Seyidbəyli küçəsi - Bünyad Sərdarov küçəsindən Mehdi Hüseyn küçəsinədək;
İlqar İsmayılov küçəsi - Nəcəf bəy Vəzirov küçəsindən Zivər bəy Əhmədbəyov küçəsinədək.
Məhdudiyyət 14 avqust 2026-cı il saat 08:00-dan etibarən tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq. Sürücülərdən hərəkətlərini əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












