Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi və Elm və Təhsil Nazirliyi 1 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları “Diqqət, uşaqlar!” aylığı çərçivəsində sentyabrın 16-sı və 25-i aralığınds məktəblərdə maarifləndirici tədbirlər keçirib.
Avtosfer.az xəbər verir ki, “Diqqət, uşaqlar!” təhlükəsizliyi aylığı çərçivəsində məktəblilərin yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, onların təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması məqsədilə paytaxtın 36, 47, 258, 202, 44, 54, 111, 164, 24, 129, 238 saylı ümumtəhsil müəssisələrində görüş baş tutub.
Görüşlər zamanı məktəblilərə yol hərəkəti qaydaları, piyada kimi təhlükəsiz davranış, yolun yalnız müəyyən edilmiş piyada keçidlərindən, o cümlədən yeraltı və yerüstü piyada keçidlərindən istifadə olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.
Şagirdlərin diqqətinə çatdırılıb ki, yol hərəkəti iştirakçısı kimi hər bir şəxs qaydalara ciddi əməl etməli, yolun hərəkət hissəsinə çıxarkən diqqətli olmalı, svetoforun və yol nişanlarının tələblərinə riayət etməlidir. Xüsusilə azyaşlı uşaqların yol hərəkəti zamanı böyüklərin müşayiəti ilə hərəkət etməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirlərdə həmçinin sürücülərin məktəb ətrafında hərəkət zamanı xüsusilə diqqətli olmaları, sürət həddinə riayət etmələri və piyada, xüsusilə də uşaqlara yol verilməsi ilə bağlı maarifləndirici məlumatlar diqqətə çatdırılıb.
Şagirdlərin sualları cavablandırılıb, onların yol hərəkəti qaydaları və təhlükəsiz davranışla bağlı bilikləri möhkəmləndirilib.
“Diqqət, uşaqlar!” təhsil təhlükəsizliyi aylığı çərçivəsində bu istiqamətdə maarifləndirici tədbirlərin paytaxtın digər ümumtəhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR




























