Bakının mərkəzi yolunda PROBLEM - Avtobuslar bu hala salır? - FOTO

Bakının mərkəzi hissəsində yerləşən 28 May küçəsində yenidən yol problemləri müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, BAKU.WS-in məlumatına görə, 2024-cü ilin avqust ayında aparılan əsaslı təmir işləri nəticəsində K. Səfərəliyeva küçəsindən Puşkin küçəsinədək olan, təxminən 500 metrlik hissə yenilənib.
Lakin 2025-ci ilin noyabrına olan vəziyyət göstərir ki, küçənin Puşkin istiqamətinə yaxın hissəsində asfalt səthində dalğalanmalar yaranıb.
![]()
Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu deformasiyaların əsas səbəbi avtobusların intensiv şəkildə dayanması, hərəkətə başlaması və kəskin əyləcləməsidir:
"Şəhərin digər dayanacaqlarında da oxşar vəziyyət müşahidə olunur və bu, asfaltın belə yüklənmələrə davam gətirə bilməməsindən irəli gəlir. Problemin uzunmüddətli həlli üçün dayanacaq və kəsişmə nöqtələrində asfalt əvəzinə yüksək möhkəmliyə malik sement-beton örtük tətbiq edilməlidir.
Sement-betonun bir sıra üstünlükləri var. Yükdaşıma qabiliyyəti daha yüksəkdir, temperatur və təzyiq dəyişmələrinə daha davamlıdır, avtobus marşrutlarında uzunömürlülüyü təmin edir".
![]()
Ekspert vurğulayıb ki, bu yanaşma şəhərin dayanacaq nöqtələrində tez-tez baş verən təmir ehtiyacını azaldar və ümumilikdə yol infrastrukturunun ömrünü artırar.
"Bakıda bəzi yollar yenicə təmir olunsa da, marşrut dayanacaqlarında qısa müddətdə çöküklər yaranır. Bu, texnoloji yanaşmanın düzgün seçilməməsindən qaynaqlanır. Yüklü hissələrdə sement-beton tətbiqi bu problemi minimuma endirə bilər", - deyə Rauf Ağamirzəyev qeyd edib.
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama












