Bakının yol infrastrukturu velosiped və skuter sürmək üçün nə qədər uyğundur? – EKSPERT - FOTO

Paytaxtda elektrik skuter və velosipedlərdən istifadə günü-gündən artır. Lakin şəhərin küçə və prospektlərinin əksəriyyətində onlar üçün xüsusi zolaqlar yoxdur. Bu isə həm sürücülər, həm də piyadalar üçün təhlükə yaradır.
Mütəxəssislər hesab edirlər ki, xüsusi zolaqların ayrılması, dayanacaqların yaradılması və təhlükəsizlik nişanlarının quraşdırılması vacibdir.
Bəs Bakı yolları skuter və velosipedlər üçün nə dərəcədə uyğundur və təhlükəsizliyi təmin etmək üçün hansı dəyişikliklər edilməlidir?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, əvvəllər Bakıda skuterlər, velosipedlər bir nəqliyyat vasitəsi kimi populyar olmayıb:
“Amma indi canlanma var. Xüsusən də gənclər bu nəqliyyat vasitələrinə daha çox üstünlük verirlər. Düzdür, əvvəllər belə xüsusi infrastruktur olmayıb. İndi isə velosiped zolaqları çəkilib və bu zolaqlarda velosipedlərlə yanaşı, skuterlər də hərəkət edə bilər.
Burada əsas dəyişiklik mərhələlərlə, istiqamətə uyğun şəkildə aparıla bilər. Əsas məsələ odur ki, belə nəqliyyat vasitəsini idarə edən şəxslərin özləri də yol hərəkəti qaydalarını pozmasınlar. Həmçinin yol hərəkətinin digər iştirakçıları – avtomobil sürücüləri də onlara şərait yaratsınlar, yol versinlər. Əsas məsələ burada yol hərəkəti iştirakçılarının özündən çox şey asılıdır”.
Eltac Zülfüqaroğlu
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA











