"BakuBus" avtobuslarında "Wi-Fi" nə vaxt işləyəcək?

"BakuBus" MMC-nin avtobusları bir neçə il öncədən pulsuz "Wi-Fi" xidmətinə qoşulub. Lakin avtobusda şəbəkənin olduğu görünsə də, internetdən yararlanmaq mümkün deyil. Bir sözlə, "Wi-Fi"ın adı var, özü yoxdur.
Bəs bu problem nə vaxt həllini tapacaq?
Avtosfer.az xəbər verir ki məsələ ilə bağlı "BakuBus" MMC-nin Mətbuat Xidmətindən Mətbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "BakuBus" üçün sərnişin məmnuniyyəti ən önəmli məsələdir və bu istiqamətdə davamlı addımlar atılır:
"Avtobuslarda internetə qoşulma imkanları da sərnişinlər üçün əlavə bir xidmətdir. Lakin bildiyiniz kimi, bu imkanın yaradılması müəyyən bir maliyyə yükü daşıyır. Buna görə də iqtisadi cəhətdən əsaslandırılmalıdır və bu yükün mənbələri tapılmalıdır. Eyni zamanda texniki məsələlərin həllinin optimal yolu seçilməlidir. Hazırda hər iki istiqamətdə müzakirələr aparılır. Nəticələrə uyğun müvafiq addımlar atılacaq".
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












