Balakişi Qasımov İTV-dən gedir? - "Bu həftə qərar verəcəyəm" - AÇIQLAMA

Son günlər ictimaiyyət arasında, xüsusilə media ictimaiyyəti arasında İctimai Televiziyanın hazırkı baş direktoru Balakişi Qasımovun vəzifəsindən gedəcəyi və yenidən namizəd olmayacağı barədə məlumatlar yayılıb. Bununla bağlı indiyə qədər hər hansı bir açıqlamanın verilməməsi suallar doğururdu.
Avtosfer.az xəbər verir ki, Balakişi Qasımov Manset.az-a açıqlamasında yenidən namizəd olub-olmayacağı ilə bağlı məsələlərə aydınlıq gətirib:
“İnşallah, bu həftə bu barədə qərar verəcəyəm. Böyük ehtimalla yenidən namizəd olacağam.”
Jurnalistin “Sizin AzTV-yə sədr təyin olunacağınızla bağlı məlumatlar yayılıb. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq o qeyd edib:
“Mən şayiələri şərh etmək istəmirəm, indiyədək də etməmişəm. Bu, şayiədir, qeyri-ciddi məlumatdır".
"Bəs namizəd olub seçildikdən sonra hansı yeniliklər gözlənilir?" sualına isə Qasımov belə cavab verib:
"Seçildikdən sonra da yeniliklər olacaq”.
Qeyd edək ki, Balakişi Qasımovun yenidən namizəd olmayacağı, AzTV-yə sədr təyin olunacağı, AzTV sədri Rövşən Məmmədovun daha yüksək posta təyin ediləcəyi, “Space” televiziyasının sabiq rəhbəri Vado Korovinin isə İctimai Televiziyaya baş direktor gətiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri












