"Banu" verilişinə görə "Space TV"yə xəbərdarlıq edildi

Audiovizual Şura "Space TV"nin efirində yayımlanan "Banu" proqramında bölgələrin birində keçirilmiş qohum evliliyinə dair toy şənliyinin nümayişi ilə bağlı kanala xəbərdarlıq edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb.
Qeyd edilib ki, sözügedən görüntülər kanalda bu ilin oktyabrın 8-də, saat 22.06-23.09 arası nümayiş olunub.
Proqramın həmin buraxılışı cari ilin iyulun 1-də qüvvəyə minmiş "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə" edilmiş qohumlar arasında evliliyin qadağan olunması ilə bağlı müvafiq dəyişikliklliklər prizmasından qiymətləndirilib. Hazırda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsinə görə qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yol verilmir.
Şura kanala sorğu ünvanlayıb, verilən rəsmi cavaba əsasən süjetdə göstərilən toy şənliyi qanunvericilik dəyişikliklərinin qüvvəyə minməsindən xeyli əvvəl (rəsmi nikah 06 mart 2025-ci il tarixdə qeydə alınıb) baş tutub. Lakin bir neçə ay əvvəl lentə alınmış toy şənliyi televiziya kanalının mütəxəssislərinin texniki nöqsanı səbəbindən efirə oktyabr ayında verilib.
Bildirilib ki, yayımçıya göndərilmiş sorğuya cavabda pozuntunun etiraf edilməsi və nöqsan buraxmış əməkdaşla bağlı zəruri tədbirlərin görülməsi nəzərə alınaraq Audiovizual Şuranın üzvləri "Space TV" kanalına yalnız xəbərdarlıq edilməsi barədə razılığa gəliblər.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












