Baş nazir: "Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı işlərə başlanılıb"

"Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı zəruri işlərə başlanılıb".
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov hökumətin Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasının yekunu zamanı çıxışında deyib.
O qeyd edib ki, uğurla icra olunan Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır:
"Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə bu illər ərzində azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edirlər.
Son zamanlar Azərbaycana səfər edən dövlət və hökumət başçıları bir qayda olaraq işğaldan azad edilmiş ərazilərimizə də səfər edir və Prezident İlham Əliyevin apardığı genişmiqyaslı işləri böyük heyranlıq hissi ilə qeyd edirlər".
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












