Baş nazir bu qaydaları təsdiqlədi

Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları təsdiq edilib.
Avtosfer.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Elektron xidmətin təşkili Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin elektron xidmətlərin təşkilinin texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəyi nəzərə alınmaqla həyata keçirilir.
Elektron xidmət dövlət qurumu tərəfindən müsbət rəy alındıqdan və ya rəydə qeyd edilən təkliflər əsasında təkmilləşdirmələr aparıldıqdan, Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən dövlət informasiya ehtiyatı və sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alındıqdan, dövlət informasiya ehtiyatı və sistemi mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edildikdən, “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə daxil edildikdən, habelə Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiya olunduqdan sonra EHİS vasitəsilə göstərilir.
Elektron xidmətlər informativ, interaktiv və ya proaktiv formada həyata keçirilə bilər.
Elektron xidmət göstərilməsi zamanı təminatçının əməkdaşlarının və istifadəçilərin identikləşdirilməsi EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə aparılır.
Elektron xidmətlər üzrə ödənişlər Elektron xidmət üzrə ödənişin həyata keçirilməsi imkanı xidmət göstərilməsinin gedişatı zamanı real vaxt rejimində və elektron formada (ödəniş xidməti təchizatçıları vasitəsilə) təminatçı tərəfindən təmin edilir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












