Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO

Basqal qəsəbəsinə gedən yolda növbəti dəfə torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində yolun asfalt örtüyünün bir hissəsi çöküb. Sürüşmə sərt döngədə, bir-birinə yaxın məsafədə yerləşən bir neçə nöqtədə qeydə alınıb. Bu isə, xüsusilə ərazini tanımayan sürücülər üçün ciddi təhlükə yaradır.
Avtosfer.az xəbər verir ki, sürücülərin sözlərinə görə, ərazidə torpaq sürüşməsi artıq bir neçə dəfə baş verib. Onların iddiasına əsasən, yolun həmin hissəsinə yaxın vaxtlarda asfalt örtüyü çəkilsə də, problem yenidən təkrarlanıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Novruz Əsədov bildirdı ki, yolun bu hissəsində problem uzun müddətdir davam edir. Onun sözlərinə görə, dəfələrlə müvəqqəti asfalt örtüyü çəkilsə də, çökmə yenidən baş verib. Nümayəndə problemin yalnız yolun həmin hissəsində əsaslı təmir işləri aparıldıqdan sonra aradan qaldırıla biləcəyini bildirdi.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












