Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur

Gürcüstanın Batumi şəhərində Azərbaycan vətəndaşı Hafiz Süleymanov itkin düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə itkin düşən şəxsin bacısı qızı Günay Əlizadə Gürcüstanın “Batumelebi” nəşrinə müraciət edərək kömək istəyib.
G. Əlizadənin sözlərinə görə, avqustun 28-dən bəri dayısı ilə əlaqə saxlamaq mümkün olmayıb:
“Sərhəd kameralarının görüntülərini yoxladıq və bildik ki, o, Türkiyədən Gürcüstana keçib. Bircə bu məlumdur, ondan sonra haqqında heç bir məlumatımız yoxdur. Telefonunu Türkiyədə itirdiyi üçün hazırda onunla zəngləşmək imkansızdır. Ailəmiz artıq axtarışlara başlayıb və aidiyyəti qurumlara da müraciət etmişik. Onu görənlərdən və ya yeri barədə məlumatı olanlardan xahiş edirik ki, polisə və ya bizə xəbər versinlər”.
Məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, sözügedən Azərbaycan vətəndaşının tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri həyata keçirilir. (Qafqazinfo)
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












