Bayram günlərinin HAVA PROQNOZU

Xəbərlər 19 Mart 2026 13:06
Bayram günlərinin HAVA PROQNOZU
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Avtosfer.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8, gündüz 10-14 dərəcə isti olacaq.

Martın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8, gündüz 12-17 dərəcə isti təşkil edəcək. Martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8, gündüz 11-16 dərəcə isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda martın 20-21-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Martın 22-də isə hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcəyədək şaxta, gündüz 10-15 dərəcə isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə martın 20-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Martın 21-i səhərdən 22-si gündüzədək yağıntıda fasilə olacaq. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10, bəzi yerlərdə 14 dərəcə isti təşkil edəcək.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda martın 20-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Martın 21-i səhərdən 22-si gündüzədək yağıntıda fasilə olacaq. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10, bəzi yerlərdə 14 dərəcə isti təşkil edəcək.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda martın 20-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Martın 21-i səhərdən 22-si axşamadək yağıntıda fasilə olacaq. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 10-15, martın 22-də bəzi yerlərdə 20 dərəcə isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda martın 20-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Martın 21-22-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 10-15, martın 22-də bəzi yerlərdə 20 dərəcə isti təşkil edəcək.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada martın 20-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Martın 21-22-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 11-16, martın 22-də bəzi yerlərdə 20 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda martın 20-də arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Martın 21-22-də isə əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10, gündüz 12-17, dağlarda gecə 3-6, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Oxunub : 86
ŞƏRH YAZ
Ad

E-mail

Şərh