BBAK yeni avtovağzalın açılışını etdi: Cənub və qərb rayonlarına səfərlər təşkil ediləcək - FOTO

Bu gündən “Azerbaijan Ground Service” MMC “Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edir.
Bu barədə Avtosfer.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rövşən Əliyev məlumat verib. Məlumatda qeyd edilib ki, “Sədərək” Ticarət Mərkəzi yaxınlığında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) yeni şöbəsi yaradılması münasibətilə açılış tədbiri baş tutub.
Kompleksin Baş direktoru Qəhrəman Qələndərov açılış nitqi ilə çıxış edərək bildirib ki, yeni avtovağzal ətraf ərazilərdə yaşayan sakinlərin rahat səayhətləri üçün böyük töhfə olacaq.
.jpg)
Belə ki, ticarət mərkəzi və ətraf ərazilərdə sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsi məqsədilə faəliyyətə başlayan kompleks sərnişinlərin əsasən cənub və qərb bölgələrinə səfərlərini təmin edəcək. Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq.
Kompleksin ərazisində avtobusların dayanacaq məntəqələri ilə yanaşı, ana və uşaq otağı da vətəndaşların istifadəsi üçün nəzərdə tutulan xidmət otağı da fəaliyyət göstərəcək.

Şirkət tərəfindən təşkil edilən xidmət nəticəsində Yasamal, Səbail, Qaradağ rayonlarında yaşayan vətəndaşlar qeyd edilən ərazilərə səfərlər üçün Bakı Beynəlxalq Avtovağzalına getməli olmayacaqlar. Bunun əvəzinə, yaşadıqları yerə yaxın olan “Abşeron” Ticarət Mərkəzinin ərazisində təşkil edilən avtovağzaldan Cəlilabad, Neftçala, Salyan, Gəncə-Qazax zonasına daxil olan bir sıra bölgələrə rahat səyahət mümkün olacaq.
İnformasiya panelləri və təhlükəsizlik sistemləri ilə təchiz edilən ərazidə sərnişinlər üçün rahat gözləmə zalları, dayanacaqlar və iaşə obyektləri yaradılıb.
Qeyd edək ki, yeni avtovağzaldan bilet almaq istəyənlər əvvəlki qayda ilə biletləri “biletim.az” portalı üzərindən onlayn formada və kassalardan əldə edə bilərlər.
Səfər
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT


















