BƏƏ hava məkanında qismən tətbiq etdiyi məhdudiyyətləri uzadıb

Birləşmiş Ərəb Əmirlikləri hava məkanında mart ayında qismən tətbiq edilmiş uçuş məhdudiyyətlərini uzadıb.
Avtosfer.az xəbər verir ki, bu barədə TASS Yaxın Şərqdəki dispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
Məhdudiyyətlər ən azı mayın 4-ü saat 12:00-dək (Bakı vaxtı ilə 16:00-dək) qüvvədə qalacaq.
Hazırda ölkənin hava limanlarına uçuşlar üçün bir neçə marşrut saxlanılıb, həmçinin Qətər istiqamətində və tranzit reyslər üçün ayrıca hava dəhlizləri müəyyən edilib.
Məlumata görə, BƏƏ-nin aviasiya qurumları ölkəyə uçuş planlaşdıran xarici aviaşirkətləri mümkün əməliyyat riskləri barədə xəbərdar edib.
Uçuşların həyata keçirilməsi üçün əvvəlcədən risk qiymətləndirilməsi aparılmalı və müvafiq qurumdan icazə alınmalıdır. Bu qaydanın təxminən mayın 7-dək qüvvədə olacağı qeyd olunur.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












