Belçika milyonlarla avroluq raketlər alır: Avropada nə baş verir?

Belçika uzaq məsafələrə zərbə endirmək məqsədilə "F-35" qırıcıları üçün raketlərə və pilotsuz uçuş aparatlarına (PUA) 700 milyon avro xərcləyəcək.
Avtosfer.az "Echo" qəzetinə istinadən xəbər verir ki, müvafiq müqavilələr Avropa və ABŞ müdafiə sənayesi şirkətləri arasında bölüşdürüləcək. Söhbət ABŞ və Norveçin birgə istehsalı olan, uçuş mənzili 350 kilometrə çatan "AGM-184" qanadlı raketlərinin alınmasından gedir. Həmin raketlər potensial münaqişə zamanı Belçika aviasiyasına düşmənin hava hücumundan müdafiə (HHM) zonasına daxil olmadan uzaqdan zərbələr endirməyə imkan yaradacaq.
Xatırladaq ki, Belçika köhnələn F-16 parkını yeniləmək üçün 2018-ci ildə ABŞ-dən 34 ədəd "F-35" qırıcısı alıb və əlavə 11 təyyarənin tədarükü üçün yeni müqavilə bağlamağa hazırlaşır. Ölkə ilk üç yeni qırıcısını 2025-ci ilin sonunda təhvil alıb.
Belçikanın müdafiə naziri Teo Franken bir müddət əvvəl bəyan etmişdi ki, "F-35"lər arsenala daxil olduqca, istismardan çıxarılan bütün "F-16"lar Ukraynaya veriləcək.
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...












