Beş milyonluq qaçaqmalçılıqla bağlı məhkəmə başladı

Ötən ilin səs-küylü əməliyyatlarından biri-5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı məhkəmə prosesi başlayıb.
Avtosfer.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilib.
Bu iş üzrə 10 nəfər-Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının baş direktoru Rəşad Daşdəmirov, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov, liman xidmətinin rəisi Zaur Haşımov, liman briqadiri Fərrux Haqverdiyev, gömrük inspektorları Heydər Eyvazlı və Tamerlan Axundzadə, Tahir Tahiri, Firuz Əliyev Amil Cəbrayılov və Rövşən Tarverdiyev mühakimə olunur. Onlardan 6-sı həbsdədir.
İlk iclas tanışlıq xarakterlidir. Təqsirləndirilən şəxslərin şəxsi məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izzah edilib.
Həbsdə olan müttəhimlərin ( Rəşad Daşdəmirov, Zaur Haşımov, Fərrux Haqverdiyev, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə) vəkilləri müvəkkillərinin ev dustaqlığına buraxılmalarını istəyiblər.
Vəsatət təmin edilməyib.
Əsas iclas isə iyulun 15-nə təyin edilib.
Qeyd edək ki, cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Bu işlə bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri, məşhur iş adamı Ruslan Eyyubov da həbs edilmişdi. İlkin istintaqın sonunda o, ev dustaqlığına buraxılıb, cinayət işi başqa icraata ayrılıb.
Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 206.4 (külli miqdarda qaçaqmalçılıq - mütəşəkkil dəstə tərkibində törədildikdə), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə-ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilirlər. Bu əməllər xüsusilə ağır cinayət hesab olunur.
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı










