Beyləqanda asfaltlanma işləri davam etdirilir - FOTOLAR

Beyləqan rayonunda yol infrastruktur layihələrinin həyata keçirilməsi və vətəndaşların gündəlik həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlər çərçivəsində Beyləqan şəhəri Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli yaşayış binasının qarşısında yol və məhlə ərazisinin asfaltlanma işləri yekunlaşıb.
Aparılan işlər zamanı həm yol, həm də ətraf məhlə asfaltlanaraq sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün tam şərait yaradılıb.
Görülən işlərdən məmnunluğunu ifadə edən sakinlər vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.





Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












