Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilir

Azərbaycan Respublikası Baş Prokurorluğunun Gürcüstanın Baş Prokurorluğuna sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Türkiyə Respublikasının vətəndaşı Osman Kayanın ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən ibtidai istintaqı aparılan cinayət işi üzrə Osman Kaya təkrar və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə ittiham edilir.
Bu səbəbdən Osman Kayanın Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə Bakıda İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə barəsində beynəlxalq axtarış elan edilib, Gürcüstan dövlət sərhədini qanunsuz keçmək istərkən müəyyən edilərək saxlanılıb.
Hazırda Osman Kayanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.
Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla sıx əməkdaşlığı davam etdirir.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












