Binəqədinin mərkəzində xaos: "15 dəqiqəlik yolu saatyarıma gedirik" - VİDEO

Yol üzərində heç bir xətləmə yoxdur, üstəlik, yol hərəkəti ilə bağlı nişanlar da yetərli deyil. Bu vəziyyət isə ərazidə xaotik şəraitin yaranmasına səbəb olur. Söhbət Binəqədi qəsəbəsindən gedir.
"Mərkəz Binəqədi" kimi tanınan meydanda hökm sürən bu qarışıqlıq artıq sakinləri də cana yığıb. Sürücülərin avtomobilləri nizamsız şəkildə idarə etməsi həm yol-nəqliyyat hadisəsi riskini artırır, həm də piyadaların həyatını təhlükə altına alır.
Sakinlərdən biri bildirib:
"Burada demək olar ki, hər gün hadisə baş verir. Çox qarışıqlıqdır, insanların gediş-gəlişi çətinləşib. Avtomobillər tıxacda qalır, kim kimə yol verməlidir, bilinmir".
Digər sakin isə qeyd edib:
"Nişanlar, işıqfor yoxdur. Ona görə də yolun kimə məxsus olduğu bilinmir və tez-tez qəzalar baş verir. Sıxlıq yaranır, saatlarla yolda qalırıq. 15 dəqiqəlik yolu bir saatyarıma gedirik".
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












