Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək

"Yaxın günlərdə şəxsiyyəti müəyyən edilmiş bir neçə itkin-şəhidin nəşlərinin ailələrinə təhvil verilməsi həyata keçiriləcək".
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
General vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşların taleyinin müəyyən edilməsinə 30 illik işğal dövründə ərazilərin mina və partlamamış hərbi sursatlarla həddindən artıq çirkləndirilməsi, həyata keçirilmiş vandalizm nəticəsində infrastrukturun, yaşayış məntəqələrinin, landşaftın, relyefin, hətta məzar yerlərinin dağıdılması halları ilə yanaşı, Ermənistan tərəfinin dəfn yerləri barədə məlumatları təqdim etməməsi də ciddi təsir göstərir.
O bildirib ki, 44 günlük müharibədən sonra mətbuata müsahibələr vermiş yüksəkrütbəli Ermənistan hərbçiləri, o cümlədən vaxtilə Ermənistan müdafiə nazirinin müavini, sonradan Ermənistan parlamentinin deputatı olmuş general Qaqik Melkonyan, Samvel Babayan və digərləri itkin düşmüş Azərbaycan hərbçilərinin dəfn yerləri barədə məlumatlarının olduğunu dəfələrlə bildirsələr də, həmin məlumatlar hələ də Azərbaycan tərəfinə təqdim edilmir.
"Hətta Ermənistanın müdafiə nazirinin müavini olmuş general Manvel Qriqoryan mətbuata verdiyi müsahibələrdə azərbaycanlı əsirləri şəxsən saxladığını etiraf etməkdən belə çəkinməyib. Hesab edirik ki, bütün bunlar hamılıqla qəbul edilmiş humanizm prinsiplərinə zidd olmaqla yanaşı, beynəlxalq humanitar hüquq normalarına təhdiddir".
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












