Birinci xanımın Roma Papası ilə görüşünü işıqlandırdılar - FOTO

Müqəddəs Taxt-Tacın və İtaliyanın aparıcı mətbu orqanları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşünə geniş yer ayırıb.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Vatican News” portalının, Vatikanın yeganə rəsmi mətbuat orqanı olan “L’Osservatore Romano” qəzetinin, “ACI Stampa” və “Agenzia S.I.R” katolik xəbər agentliklərinin, eləcə də İtaliyanın katolik icmasına məxsus “Faro di Roma” qəzetinin yaydığı materiallarda Müqəddəs Taxt-Tacla Azərbaycanın ikitərəfli əlaqələrinin son illərdə xeyli inkişaf etdiyi vurğulanıb.
Yazılarda, həmçinin bildirilir ki, Birinci vitse-prezident Mehriban Əliyeva həmin gün Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə də görüşüb. Tərəflər mədəni əməkdaşlığa xüsusi diqqət yetirməklə, mövcud yaxşı ikitərəfli münasibətlərin inkişafından və möhkəmlənməsindən məmnunluq ifadə ediblər, Katolik Kilsəsinin ölkədəki fəaliyyətini yüksək qiymətləndiriblər. Səmimilik və qarşılıqlı hörmət şəraitində keçən görüş Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında dialoq və əməkdaşlığı davam etdirmək istəyini təsdiqləyir.
Məqalələrdə, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə oktyabrın 16-da Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılışının olduğu xatırladılır. Diqqətə çatdırılır ki, erkən xristianlıq dövrünə aid ilk artefaktların mövcud olduğu katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və orta əsrlərdə möminlərin ziyarətgahı olub. 2021-ci il martın 4-də Heydər Əliyev Fondu və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilə imzalandığı bildirilir. Daha əvvəllər isə Heydər Əliyev Fondunun səyləri nəticəsində Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpası layihələri həyata keçirildiyi xatırladılıb.




Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












