"Bolt"un qiymət fərqi ilə bağlı şirkətdən AÇIQLAMA - VİDEO

"Bolt"da sərnişindən tutulan məbləğlə sürücüyə ödənilən pul arasında fərq yaranıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış teleaparıcı və jurnalist İdris Cəfərov "Facebook" hesabında paylaşdığı videoda bildirib.
Onun sözlərinə görə, bu hal ilk dəfə deyil. Jurnalist qeyd edib ki, "Bolt" vasitəsilə metronun "Gənclik" stansiyasının yanından "Port Baku Mall" ticarət mərkəzinə taksi sifariş edib. Tətbiqdə səfərin qiyməti 7 manat 50 qəpik göstərilsə də, sürücüyə cəmi 5 manat 60 qəpik ödənilib.
O, məbləğlər arasındakı fərqin hara yönəldildiyinin ona aydın olmadığını vurğulayıb.
Şirkətin sürücülərdən 25 faiz komissiya tutduğunu xatırladan İ.Cəfərov "Bilmirəm, "Bolt" bunu necə izah edəcək", - deyə sual edib.
"Bolt" taksi şirkətindən bildirilib ki, "Bolt" platformasında səfər qiyməti məsafə, təxmini müddət, seçilmiş kateqoriya, yol şəraiti və tələb-təklif balansına əsasən dinamik şəkildə formalaşır.
"Sərnişin sifarişi təsdiqləməzdən əvvəl qiyməti tətbiqdə görür. Bakıda sürücüdən tutulan komissiya orta hesabla 21.5%, sərnişindən tutulan xidmət haqqı isə 3% təşkil edir. Səfər üzrə komissiya tətbiq olunan güzəşt və bonuslardan asılı olaraq dəyişə bilər. Bu vəsait platformanın texniki və əməliyyat xərclərinə, təhlükəsizlik və müştəri dəstəyinə, həmçinin sürücü və avtoparklar üçün bonus və kampaniyalara yönəldilir. Sərnişinlərə təqdim olunan endirimlər "Bolt" tərəfindən qarşılanır və sürücünün səfər üzrə qazancını azaltmır.
"Bolt" sərnişinləri fərdi daşıyıcılar və tərəfdaş avtoparklarla əlaqələndirən texnoloji platformadır. Sürücülər "Bolt"un əməkdaşları deyil, platforma vasitəsilə xidmət göstərən müstəqil tərəfdaşlardır. 20 oktyabrdan etibarən sürücülər sifarişi qəbuletmə ekranında yalnız komissiya çıxıldıqdan sonra onlara qalan məbləği görürlər. Əvvəllər həm bu məbləğ, həm də səfərin ümumi qiyməti göstərilirdi. Sərnişindən tutulmalı olan ümumi məbləğ isə səfərin sonunda sürücüyə göstərilir", - deyə məlumatda bildirilir.
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI












