Bu, Azərbaycanı dünyada sülhsevər ölkə kimi tanıdıb – Zakir Həsənov

1999-cu ildən bu günə qədər Azərbaycan Ordusunun 3 000-dən çox hərbi qulluqçusu dünyanın müxtəlif regionlarında keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib.
Avtosfer.az xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Müdafiə Nazirliyinin birgə hazırladığı “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”da bildirib.
Nazir qeyd edib ki, Azərbaycan sülhməramlılarının fəaliyyəti tərkibində xidmət keçdikləri sülhməramlı qüvvələrin komandanlığı, müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən daim yüksək qiymətləndirilib.
Zakir Həsənov qeyd edib ki, dünyada gedən turbulent geosiyasi proseslər və müxtəlif regionlarda baş verən münaqişələr sülhməramlıların rolunun artdığını göstərir:
“Azərbaycan dünya birliyinin və BMT nin üzvü kimi sülhün qorunmasına və qlobal təhlükəsizliyin dəstəklənməsinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir. Hazırda beynəlxalq sülhün qorunmasına köməklik göstərilməsi üçün BMT-nin və NATO-keçirdiyi müxtəlif əməliyyatlarda Azərbaycan Ordusunun iştirak imkanları araşdırılır”.
Nazir vurğulayıb ki, sülhməramlı əməliyyatlarda iştirakla bağlı verilən siyasi qərarlar, ölkənin göstərdiyi irad və sülhməramlı qüvvələrin verdiyi töhfələr Azərbaycanın dünyada etibarlı tərəfdaş və dost kimi nüfuzunu daha da gücləndirmiş, eləcə də sülhsevər ölkə kimi tanıdıb.
Qeyd edək ki, Müdafiə Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat” hazırlayıb.
Bu hesabatda silahlı münaqişələrdən sonrakı dövrdə sabitliyin bərpa olunmasında, atəşkəs rejiminin qorunmasında və uzunmüddətli sülhün təmin edilməsində mühüm rol oynayan sülhməramlı əməliyyatlar araşdırılır və illər ərzində Azərbaycan Ordusunun tərkibində formalaşdırılmış sülhməramlı kontingentin fəaliyyəti təhlil edilir. Üç fəsildən ibarət olan tədqiqat is sülhməramlı əməliyyatların nəzəri çərçivəsini təqdim edir, onların siyasi və hərbi aspektlərini araşdırır.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












